Yığmanın həkimi 60 il həbs cəzası aldı - Uşaq pornoqrafiyasına görə

ABŞ-ın olimpiya yığmasının sabiq həkimi Larri Nassarın məhkəmə prosesi yekunlaşıb.

 

Sportinfo.az xəbər verir ki, Nassar uşaq pornoqrafiyasında ittiham olunurdu. O, məhkəmə prosesində günahını etiraf edib.

 

Sabiq həkim bildirib ki, uşaqları şəxsi arxivi üçün çəkirmiş. Məhkəmənin qərarı ilə o, 60 il müddətinə azadlıqdan məhrum edilib. Onunla bağlı daha bir məhkəmə prosesi keçiriləcək.

 

Nassar yeniyetmə gimnastlara qarşı seksual zorakılıqda da ittiham edilir. Larri 30 il ABŞ-ın olimpiya yığmasının həkimi olub.

Tarix: 15 Dekabr 10:36    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.