"Mənim yaşımda olan məşqçilərə ölkə xaricində tələbat var"

Bir müddət öncə Rumıniya millisindən istefaya göndərilən Kristof Daumun harda çalışacağı bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis karyerasını Çində davam etdirəcək.

 

Bu barədə 64 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında məlumat verib. O, gələn ildən Çində çalışacağını açıqlasa da, klubun adını bildirməyib:

 

“Yupp Haynkesi çıxmaq şərtilə yaşlı alman mütəxəssislərə Almaniyada elə də ehtiyac görülmür. Ancaq mənim yaşlarda olan məşqçilərə ölkə xaricində tələbat var.

 

Lippi, Skolari, Kapello və Maqat kimi mən də gələn il Çində çalışacam. Çin futbolunu Avropa ilə rəqabət apara biləcək səviyyəyə çatdırmaq fikrindən təsirləndim”.

 

Daum məşqçi karyerası ərzində “Köln, “Ştutqart”, “Beşiktaş”, “Bayer”, “Fənərbaxça” kimi klublarda çalışıb.

Tarix: 15 Dekabr 09:48    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.