Futbolçunun toyunda - FOTO

“Real”ın və Uels millisinin üzvü Qaret Beyl uzun müddətdi birlikdə olduğu sevgilisi Emma Ris-Cons ilə ailə həyatı qurmağa hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, bir müddətdi zədədən əziyyət çəkən uelsli futbolçu yaxın vaxtlarda keçiriləcəyi gözlənilən toyun hamının yaddaşına həkk olunmasını istəyir.

 

Buna görə, Beyl toyuna dünya ulduzu Beyonseni dəvət etməyi planlaşdırır. Bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb.

 

Xəbərdə futbolçunun toyunda amerikalı müğənninin ifa etməsi üçün 1,5 milyon funt-sterlinqindən keçməyi planlaşdırdığı qeyd edilib.

 

Son vaxtlar tez-tez zədələnən Beyl, cari mövsümdə bütün turnirlərdə şans qazandığı 7 oyunda 3 qola imza atıb.

Tarix: 15 Dekabr 01:00    Oxunub: 408    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.