Prosineçki Bakıda hələ də AFFA-nın puluna yaşayır - 3 FOTO

AFFA ilə müqaviləsinin müddətini uzatmayan Robert Prosineçki hələ Bakını tərk etməyib.

 

Millimizlə sözləşməsi dekabrın 6-da bitən xorvatiyalı mütəxəssis bu gün axşam saatlarında Bakıdakı “28 Mall” mərkəzində görüntülənib. 


Siqaret çəkən baş məşqçi bir qədər əsəbi görkəmdə olub. Belə ki, onun telefonda kimləsə əsəbi tonda danışması diqqətdən yayınmayıb.


Prosineçki 2014-cü ildən millimizi çalışdırırdı. O, DÇ-2018-in seçmə mərhələsinin sonunda, AFFA ilə qarşılıqlı razılıq əsasında dekabrda başa çatacaq müqavilə müddətini uzatmamışdı.


Ailəsi Bakıda yaşayır. AFFA onlar üçün şəhərin mərkəzində bahalı ev kirayə götürüb. Bu pulu hələ də federasiya ödəyir.

 

Dekabrın son həftəsində buraları birdəfəlik tərk edəcəklər. Həmin vaxt Bakının ən bahalı orta təhsil ocaqlarının birində oxuyan qızı tətilə buraxılacaq (Sportinfo.az). 
 

 

Tarix: 14 Dekabr 19:48    Oxunub: 407    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Aprel 2018
19 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.