“Sumqayıt”ın köməyinə gəlin!

15 dekabr tarixində "Sumqayıt" 2017-ci il üçün son ev oyununa çıxacaq.

 

Sportinfo.az xəbər verir ki, komanda "Kapital Bank Arena"da Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qarabağ"ı qəbul edəcək.

 

Adıçəkilən qarşılaşma sabah saat 19:00-da start götürəcək. "Kimyaçılar" bütün azarkeşləri "Qarabağ"la baş tutacaq son oyunda komandamızı dəstəkləməyə dəvət edir. Cütün ilk oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

"Sumqayıt" Premyer Liqada ilk iki dövrədə cəmi 6 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 7952 nəfər azarkeş oyunu tribunalardan izləyib: “Sumqayıt”nın ilin son oyununda dəstəyinizə ehtiyacı var!".

Tarix: 14 Dekabr 19:36    Oxunub: 189    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.