Huşunu itirərək öldü - FOTO

 İrlandiyanın gənclərdən ibarət "Şelburn" komandasının futbolçusu İzzi Dezu 16 yaşında dünyasını dəyişib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsində bildirilir.

 

Dezu gənclərdən ibarət komandanın oyunu zamanı huşunu itirib. O, xəstəxanaya aparılsa da, orada ölüb.

 

"98fm.com" saytının məlumatına görə, futbolçuya lazımi tibbi yardım göstərilib, amma həkimlərin bütün səyləri nəticəsiz olub.

 

Dezu öz yaş qrupunda İrlandiyanın ən perspektivli futbolçularından biri hesab edilirdi.

Tarix: 14 Dekabr 19:12    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.