Məsutun “Mançester Yunayted”ə can atmasına səbəbi

“Arsenal”la müqavilə müddəti mövsümün sonunda bitəcək Məsut Özil karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, türk əsilli almaniyalı futbolçu “Mançester Yunayted”də forma geyinmək istəyir.

 

Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “Barselona”nın da xidmətində maraqlı olduğu Özilin mankunianlara keçməyə daha isti baxdığı vurğulanıb.

 

Məsutun “Mançester Yunayted”ə can atmasına səbəb isə bu klubun baş məşqçisi Joze Mourinyodu. Belə ki, vaxtilə “Real”da Mounun rəhbərliyi altında çıxış edən 29 yaşlı futbolçu yenidən portuqaliyalı mütəxəssislə çalışmaq istəyir.

 

Özil həftəlik 300 min funt-sterlinq tələb edir. Mourinyo ilə Almaniya millisinin üzvünün yaxşı münasibətlərə malik olması, onun “qırmızı şeytanlar”a transferi şansını bir az da artırır.

Tarix: 14 Dekabr 18:36    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.