Qurbanov milliyə öz "komanda"sını yığır – Onlarla məşqçi qapı ağzındadı

Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanovun köməkçilərinin adına aydınlıq gəlib. 


Onların hamısı uzun müddətdi “Qarabağ”da birgə çalışdığı mütəxəssislərdi. Söhbət Elçin Rəhmanovla Çudomir Çakarovdan gedir.

 

O, bu iki məşqçiylə ölkəmizin əsas komandasında da birgə işləməyə qərar verib. Həmçinin Dmitri Kramarenko qapıçılarla iş üzrə məşqçi təyin edilib. Daha 2 yardımçı yeri boşdu. 

 

Sportinfo.az-ın məlumatına görə, yığmada gözü olanların sayı kifayət qədər çoxdu. Hər gün «Qarabağ»ın Suraxanıdakı bazasına bu məqsədlə 4-5 nəfər ayaq döyür.

 

Məram birdi: Qurbanla görüşmək və ondan iş istəmək. Edilən xahişlərin sayını itirən təcrübəli mütəxəssis qapısını döyənlərdən bəzisinə «yox», bəzisinə «hələ gözlə» deyib, bəzisinə isə maliyyə köməkliyi təklif edib.

 

Neyləsin, onlarla məşqçi gözünü ona dikib. Hamısına iş verə, yerbəyer eldə bilməz axı. Qurbaqovun da öz konsepsiyası var: iş işdi, dostluq dostluq.

 

Millini çalışdırmağa razılıq verməyin də belə mənfi cəhəti var: el-aləm üstünə tökülüşür, hərə səndən bir şey umur. Təbii, hər kəsi də razı salmaq olmur. Biri məmnun dönəcəksə, beşi əsəbi və acıqlı şəkildə üzünü çevirib ayrılacaq. 

 

SPORTİNFO.AZ

 

Tarix: 14 Dekabr 18:12    Oxunub: 654    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.