28 yaşlı futbolçunun transferi üçün 40 milyon avro!

“Arsenal” “Sevilya” və Fransa millisinin yarımmüdafiəçisi Stiven N’Zonzini heyətinə cəlb etməyi planlaşdırır.

 

Sportinfo.az xəbər verir ki, “topçular” 28 yaşlı futbolçunun transferi üçün 40 milyon avro ödəməyə hazırdı. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

 

Xəbərdə həmçinin N’Zonzinin transferində “Arsenal”la yanaşı, Premyer Liqanın digər təmsilçisi “Everton” və son İtaliya çempionu “Yuventus”un da maraqlı olduğu qeyd edilib.

 

Fransalı futbolçunun Əndəlus təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilə kimi nəzərdə tutulub. O, cari mövsümdə 16 oyunda şans qazanıb.

Tarix: 14 Dekabr 16:00    Oxunub: 216    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.