“Beşiktaş” yanvarda “Arsenal”ın və Fransa millisinin hücumçusu Olivye Jirunu heyətinə cəlb edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Xəbərdə “Beşiktaş”ın hazırda Avropanın bir sıra klubunun diqqət mərkəzində olan hücumçusu Cenk Tosunu satacağı halda, onu dünya səviyyəli ulduzla əvəz etməyi planlaşdırdığı qeyd edilib.
Bu ulduz isə Aleksandr Lakazettin transferindən sonra bir qədər kölgədə qalan “Arsenal”ın hücumçusu Jirudu. Gələn il Rusiyada təşkil ediləcək mundialda Fransa millisində yer almaq istəyən forvard, bunun üçün çox şans qazanmalı olduğunu yaxşı bilir.
O, İngiltərə mətbuatına açıqlamasında hər gün dünya çempionatı barədə düşündüyünü deyib: “Demək olar, hər gün ağlımda dünya kuboku var.
Meydana çıxdığım hər oyunda dünya çempionatına yollanmaq şansımı artırmaq üçün əlimdən gələni edirəm. Sadəcə, ayrılmaq xətrinə getmək istəmirəm. Ancaq yanvarda bu sualı özümə yenə verəcəm”.