Derbi zamanı dava düşdü, 19-dək azarkeş xəsarət aldı - VİDEO

Serbiya çempionatının XII turunda "Partizan" və "Srvena Zvezda" komandaları arasındakı Belqrad derbisi zamanı 19-dək azarkeş müxtəlif dərəcəli zədə alıb. 

 

Sportinfo.az xəbər verir ki, fanatlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

 

Oyunun birinci hissəsində meydan sahiblərinin fanat sektorunda dava düşüb. Polislər 10-dan çox azarkeşi tribunadan qaçış cığırına sifətində döyülmə əlamətləri ilə və qurşaqdan yuxarı çılpaq vəziyyətdə çıxarıb.

 

Zərərçəkənlərin rəqib komanda sektoruna hücum edən "Srvena Zvezda" fanatarı, yoxsa "Partizan" fanat qruplaşmaları arasındakı dava qurbanları olduğu bilinmir. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

 

Tarix: 14 Dekabr 14:36    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.