"Qarabağ"ın hücumçusunu 1 milyon avroya Çin klubuna satır?

"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çinin "Hançjou Qrintaun" klubuna keçə bilər.

 

Sportinfo.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, hazırda iki klub arasında danışıqlar gedir.

 

CAR (Cənubi Afrika Respublikası) yığmasının hücumçusu Azərbaycan təmsilçisinin heyətindəki çıxışları ilə diqqəti cəlb edib.

 

O, "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub və komandaya Danimarka "Kopenhagen"i ilə "pley-off" mərhələsinin cavab görüşündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıran qolun müəllifi olub.

 

Onun xidmətləri diqqətdən kənarda qalmayıb. Çin klubu 27 yaşlı forvardı transferi üçün "Qarabağ"la müzakirələrə başlayıb. Sayt yazır ki, Ndlovudan ötrü Ağdam klubuna 1 milyon avro təklif olunub.  

 

"Hançjou Qrintaun" hazırda Çin I Liqasında çıxış edir. Bu komandada 2008-ci ildə "Neftçi"nin və hazırkı "Keşlə"nin (keçmiş "İnter" klubu) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski də forma geyinib.

 

Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda "ilin əcnəbi idmançısı" nominasiyası üzrə qalib kimi ötən gün mükafatlandırıb.

Tarix: 14 Dekabr 14:12    Oxunub: 318    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.