İcra başçısı "Qalasataray"ın məşqçisni "Şəmkir"ə gətirdi

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov rayonun eyniadlı klubunun fəaliyyətini tamamilə dayandırmasına imkan vermədi.

 

Ötən mövsüm I Divizionda medallar uğrunda mübarizə aparan, prezident Elvin Səfərlinin statusuna yaraşmayan əməllərinə görə yayda dağılmaq həddinə çatan komandaya o, son anda nəfəs verdi.

 

Rayon rəhbərinin göstərişi ilə kəndlərarası çempionat keçirildi və burda fərqlənən gənclər «Şəmkir»ə cəlb olundu. Onlarla çalışmaq isə Əli Məmmədova həvalə olundu.


İndi «Şəmkir» «Region Liqası»nda mübarizə aparacaq. Yenidən formalaşma dövrü keçən klub uşaq futboluna və infrastrukturun qurulmasına da diqqət ayıracaq. Bilavastə A.Məmmədovun dəvəti ilə bura Türkiyədən mütəxəssis dəvət olunub.


Bu, hazırda "Konyaspor"da menecer vəzifəsini icra edən Cenk Özcandı. Vaxtilə Aykut Kocaman, Mehmet Özdilek, Hikmət Karaman, Yılmaz Vural kimi məşqçilərlə çalışan Özcan Şəmkirə ikinci dəfədi gəlir.

 

Daha əvvəl 2015-ci ildə, "Şəmkir" I Divizionda çıxış edərkən Azərbaycana təşrif buyuran 43 yaşlı futbol adamı komandaya öz məsləhətlərini vermişdi. 


Özcan Türkiyədə "Qalasataray"ın əvəzedici komandasını çalışdırıb, "Ankaragücü" və "Kasımpaşa"da məşqçi vəzifəsini icra edib. O, bir neçə gün Şəmkirdə qalacaq, görüləcək işlərlə bağlı rayon və klub rəhbərliyinə öz məsləhətlərini verəcək, 

 

SPORTİNFO.AZ

Tarix: 14 Dekabr 10:48    Oxunub: 590    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.