"Sumqayıt" birini seçdi, üçünü hələ axtarır

"Sumqayıt" "Anji" ilə yoldaşlıq görüşü keçirəcək.


Oyun Türkiyənin Antalya bölgəsindəki Belek toplanışı çərçivəsində təşkil ediləcək. Qarşılaşma yanvarın 22-də olacaq.


"Anji" Rusiya Premyer Liqasında 20 turdan sonra 19 xalla 15-ci yerdə qərarlaşıb. Bu komanda qış fasiləsi ilə əlaqədar bir neçə gün öncə məzuniyyətə buraxılıb.


"Kimyaçılar" onlardan savayı, daha 3 sparrinqlə qüvvəsini sınayacaq. Yanvarın 25-də, 27 və fevralın 4-də.

 

Hələlik rəqiblərin adları dəqiqləşməyib. Sumqayıtlıların toplanışı, ümumiyyətlə, 2 həftə davam edəcək (Sportinfo.az).

Tarix: 14 Dekabr 10:12    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.