UEFA maliyyə feyr-pleyini pozduğu üçün "Zirə"ni cəzalandırdı

UEFA 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb.

 

Sportinfo.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.

 

Başqa sözlə, aralarında "Qarabağ" və "Qəbələ" də olmaqla, hər bir klub 78 300 avro qazanıb. Qalan 20 faiz isə təsnifat mərhələsində mübarizəni dayandırmış komandalara çatıb.

 

Bu isə o deməkdi ki, "Kəpəz" və "Neftçi" hərəyə 8 540 avro əldə edib. Lakin "Zirə" maliyyə feyr-pleyini pozduğu üçün cəzalandığından, bu məbləği ala bilməyəcək.

 

2016-2017 mövsümündə Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Neftçi" və "Kəpəz" isə mübarizəni Avroliqanın II təsnifat mərhələsində dayandırıb. 

Tarix: 14 Dekabr 10:00    Oxunub: 309    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.