Azərbaycanda bir klub adını dəyişdi, biri yayda dəyişir

Qadın həndbolçulardan ibarət ABU-nun adı dəyişdirilib. Sportinfo.az-ın məlumatına görə, 2001-ci ildən fəaliyyət göstərən Bakı təmsilçisi bundan sonra “Azəryol” adı altında çıxış edəcək. Buna səbəb Azərbaycan Həndbol Federasiyasında prezident postuna yeni rəhbərliyin gəlməsidi. Belə ki, bu vəzifədə Heydər Babayevi “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov əvəzlədiyindən ad dəyişikliyi də zəruri olub.
 
“Çelenc Cup”da da mübarizə aparan Azərbaycanın ən titullu komandası beynəlxalq arenaya yeni adla növbəti mövsümdən çıxacaq. Onları 1/8 finalda Polşa “Kram Start Elblaq”ı ilə oyuna isə Rəfiqə Şabanova hazırlayacaq.

 

Avrokubokların daimi iştirakçısı olan komanda ABU adı altında son oyunlarını fevralda keçirəcək. Əgər onlar mərhələ adlayarsa, yenə də ad dəyişməz qalacaq. Qadın voleybolçulardan ibarət “Azəryol” klubu isə yeni mövsümdən yeni adla oynayacaq. 

Tarix: 26 Yanvar 19:12    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2017
26 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.