Azərbaycanda polis əməkdaşı olan məşhurlar - SİYAHI

Bu peşə Azərbaycanda yetərincə populyar hesab olunur. 

 

Sportinfo.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 24 mayında imzaladığı fərmana əsasən, hər ilin 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. 

 

Ümumiyyətlə, Azərbaycanda məşhur şəxslər və onların övladları arasında da polis orqanlarında çalışanlar az deyil. Qeyd etmək yerinə düşər ki, polis orqanlarında çalışan məşhur şəxslər arasında idmançılar üstünlük təşkil edir.


Beləliklə, Ölkə.Az polis əməkdaşı olan məşhurlar və məşhur övladlarının siyahısını təqdim edir. 2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli artıq altı ildir ki, polis əməkdaşıdı.

 

2009-cu ildə Polis Akademiyasına qəbul olan Məmmədli hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektorudu.

 

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdu.

 

44 yaşlı idmançımız 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hazırda DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.

 

Azərbaycanın ən titullu samboçusu, doqquzqat dünya çempionu Ceyhun Məmmədov 12 ildir Sambo Federasiyasının prezidenti olmaqla yanaşı, polis polkovnik-leytenantı rütbəsi daşıyır. O da Namiq Abdullayev kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

 

Tanınmış aktyor, "Planet Parni iz Baku" KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov 16 ildir ki, polis orqanlarında çalışır. 38 yaşlı İmanov hazırda polis polkovnik-leytenantıdır.

 

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov da polis orqanlarında çalışır. Ancaq onun hansı rütbə daşıdığını öyrənə bilmədik.

 

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan da polis əməkdaşıdı. Tanınmış FİFA referisi Fariz Yusifov uzun illərdir polis əməkdaşıdır. O, hazırda polis kapitanıdı.

 

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudu

Tarix: 13 Dekabr 14:12    Oxunub: 505    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.