Futbolumuza verilmiş ən böyük şans - "Qarabağ" imtahanı

Azərbaycan futbolunun beynəlxalq arenada qitə Çempionlar Liqası sınağı siftəsi qrup turniri ilə yekunlaşdı.

 

Bu dəfə də yaz fəsli yarışlarına qatıla bilməyən təmsilçimiz Avropa Liqasından daha yüksək bir səviyyəyə yüksəldiyi üçün,həm də ilk sınağına görə əsasən mösümü uğurlu saymaq olar.

 

Təbii yalnız bir komandanın timsalında buna nail olundu. Hərçənd «Qəbələ» başda olmaqla, digər Avropa Liqası təmsilçilərimizin də builki töhfələrə daha çox olmalı idi. Geri dönüb baxsaq, «Qarabağ» cüzi dəstək qazansaydı, hədəflər baxımından daha yüksək məqamlardan bəhs edərdik.

 

Avropa futbolunun bugünkü vəziyyəti ilə müqayisədə, klublarımız çoxdan bu həddə gəlib çatmalıydılar. Gec olsa da, Çempionlar Liqası debütünə görə həm mövsümə, həm də təmsilçimizin əldə etdiklərinə heç də pis qiymət vermək olmaz.

 

Üstəlik, «Qarabağ» qitənin ən böyük 5 futbol ölkəsindən 3-ünün təmsilçisi ilə üz-üzə idi. Bir az da qüvvətləndirib dəqiq desək, qarşılaşdığı bu klubların hər biri böyük ənənəyə, sanballı tarixə və ad-sana malikdir. Hər şey bir kənara, bu üç rəqib bir-birindən tam fərqlənən üç futbol dəst-xəttinin, üç futbol məktəbinin, üç futbol təfəkkürünün nümayəndəsi olduğundan onlarla ayaqlaşmaq heç edə asan ola bilməzdi. 

 

Doğrudu, «Qarabağ»ın, elə yarış ərəfəsi qeyd etdiyimiz kimi, üstünlükləri də vardı, amma onlardan da yetərincə istifadə olunmadı. Bunun ən obyektiv səbəbi qeyd etdiyimiz səviyyə çeşidləri qarşısında komandamızın bir az çaşqın qalması, bir az qısamüddətli müvafiq hazırlığı keçə bilməməsi idi. Subyektiv səbəblərin ən əsası, isə rəqiblərə qarşı ən optimal taktiki seçinin edilməməsi idi. 


Söz yox ki, Azərbaycan klubu belə miqyaslara və belə təfəkür yeniliklərinə öyrəncəli deyil və illərlə qəlibləşmiş bu düşüncəni qəfil silkinib atmaq da olmur. Ümumiyyətlə, futbolumuz, milli komandanın bəzi dövrləri istisna olmaqla, belə mürəkkəb imatahan qarşısında qalmamışdı. Elə bütün bunları nəzərə alanda, Azərbaycan çempionu kifayət qədər sabit, dayanıqlı, bəzi hallarda inkişaflı və ən nəhayət ümidverici oyun nümayiş etdirdi. 

 

BATI YAR

Tarix: 13 Dekabr 12:36    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.