Azərbaycanlı baş məşqçi danışdı: "Təəccübləndim” - FOTO

"Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Makedoniyanın "Vardar” klubunun düşərgəsində olub. 

 

Sportinfo.az xəbər verir ki, PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsində iştirak edən təcrübəli mütəxəssis bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bildirib:

 

"Sağ olsunlar, "Neftçi” rəhbərliyi səfər üçün hər cür şərait yaratmışdı. Bu ilin avqustunda bir həftə müddətində Moskva "Lokomotiv”inin düşərgəsinə göndərmişdilər.

 

Bu dəfə isə 4 gün Makedoniyada oldum. "Vardar” klubunun idman direktoru, dünyaşöhrətli veteran futbolçu Darko Pançev və akademiyanın koordinatoru Boban Babunski ilə görüşdüm.

 

Akademiyanın məşqçiləri və strukturu ilə tanış oldum. Məşqləri, oyunları izlədim. Yaxşı tərəfdən təəccübləndim.

 

"Vardar” Makedoniyanın ən tanınmış klubu və o ölkənin ən yaxşı akademiyalarından biridi. Hesab edirəm ki, çox faydalı səfər oldu”.

Tarix: 12 Dekabr 16:36    Oxunub: 373    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.