Tanınmış azərbaycanlı idmançı narkotiklə tutuldu - 7 il həbs istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə saxlamaqda ittiham olunan 28 yaşlı Aqşin Salmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Sportinfo.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilın şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Onun vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi fevralın 1-də davam edəcək. A.Salmanov qaydasız döyüşlə məşğul olub. "Ruslan" döyüş klubunun təmsilçisi Aqşin Salmanov bir çox yarışların iştirakçısı olub. O, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitə saxlama) maddəsinə əsasən ittiham edilir.

Tarix: 26 Yanvar 17:24    Oxunub: 703    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.