Məşhur futbolçu qəzaya düşdü - Azarkeşlərlə görüşə gedərkən

“Bavariya”nın futbolçusu Rafinya avtomobil qəzasına düşüb.

 

Sportinfo.az xəbər verir ki, hadisə Rafinya Qundelfinqdə azarkeşlərlə görüşə gedərkən baş verib.

 

Yol qarlı və buzlu olduğu üçün Rafinya idarəetməni itirib və onun maşını başqa bir avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

 

Avtomobili əzilən Rafinya fan-kluba zəng edib. O, azarkeşlərin göndərdiyi avtomobillə görüşə gedə bilib. Futbolçu tədbirdən sonra Münhenə də azarkeşlərin ayırdığı avtomobillə qayıdıb.

Tarix: 12 Dekabr 00:10    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.