Samir Əliyev bütün ümidlərini qış fasiləsinə bağlayıb

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ”yə səfərdə 0:1 məğlub olmuş “Səbail”in baş məşqçisi Samir Əliyev mətbuat konfransı keçirib.

 

Sportinfo.az xəbər verir ki, mütəxəssis ilk olaraq oyunu şərh edib:


- Ard-arda ağır oyunlar keçirdik. Futbolçularda yorğunluq var idi. Bu gün bir qədər fərqli sistemlə oynadıq. Keyfiyyəti kənara qoyub, müdafiədə daha etibarlı oynamağa çalışdıq. Buna rəğmən, rəqib xeyli sayda qol imkanı yaratdı. Çalışacağıq cavab oyununda daha yaxşı oynayaq.

 

Çempionat oyunlarında “Qəbələ” komandanıza daha asan qalib gəlmişdi. Nəyi dəyişmişdiniz ki, bu gün daha ciddi müqavimət göstərə bildiniz?
- Sistemdə dəyişiklik etmişdik. Əlbəttə, qısa zamanda sistemi dəyişmək çətindi. Buna illər lazımdı. Həm də buraxılan səhvlərdən nəticə çıxarmağa çalışmışdıq. İnanıram ki, qış fasiləsindən sonra daha yaxşı oyun nümayiş etdirəcəyik.

 

İkinci hissədə komandanız dayandı. Bu, fiziki cəhətdən çatdırmamaqla bağlı idi, yoxsa psixoloji məqamla?
- Bəhanə axtarmıram. Fiziki cəhətdən də çatdırmırdıq, rəqibin hücum xəttinin olduqca güclü olması da rol oynadı.

Tarix: 11 Dekabr 18:36    Oxunub: 209    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.