Tanınmış jurnalistlər yeni yaranan klubun rəsmisi oldu

Birinci divizionun debütantı “Xəzər” klubunda yeni təyinatlar reallaşıb.

 

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi mətbuatdan iki transfer edib.

 

Bir müddət əvvəl “Şüvəlan”dan ayrılan Emin Abbasov I divizion klubunda icraçı direktor təyin edilib. Əvvəllər "Xəzər TV"də işləmiş Emin Abbasov son dövrlər "CBC Sport"da şərhçilik edirdi.

 

ANS-in sabiq aparıcısı, “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Gündüz Abbaszadə də “Xəzər”də vəzifəyə təyin edilib. O, bundan sonra klubun baş meneceri kimi fəaliyyət göstərəcək.

Tarix: 11 Dekabr 15:00    Oxunub: 429    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.