"Xəzər Lənkəran” rəsmisi “Qarabağ"a görə hakimləri söydü

AFFA İntizam Komitəsi «Xəzər Lənkəran»ın icraçı direktoru Hüseyn Cəbrayıloğlunu 5 oyunluq cəzalandırıb. Dekabrın 4-də yaşanan olaya görə. Belə ki, 17 yaşadək futbolçular arasında ölkə çempionatının “Xəzər Lənkəran” – “Qarabağ” matçının 90+2-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rasim Xəlilov “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Qarşılaşma bitdikdən sonra isə H.Cəbrayıloğlu hakimlər briqadasını təhqir edib. 

Sportinfo.az xəbər verir ki,  o, bununla bağlı şəxsi “feysbuk” profilində yazıb: “Bilirəm, ölkənin idman mediasının əksər təmsilçisi Romadadı. Sadəcə, fikirlərimi yazıram ki, hər il gündəlik xatırlanan statuslar arasına düşsün. Lənkəranda AFFA-nın bayrağı altında keçirilən 17 yaşadək futbolçular arasında çempionatın "Xəzər Lənkəran” – “Qarabağ" oyunu keçirilirdi. Dünyada yeganə futbol çempionatıdı ki, 3 dövrə üzrə kecirilir. Yəqin indiyə kimi bunu heç yerdə oxumamısız, çünki yazılmayıb. Nə isə...
Bizim 14-15 yaşları olsa da, məcburiyyətdən U-17 yaş qrupunda oynayan futbolçularımız layiqincə çıxış etdilər. Möcüzə idi ki, rəqibi bütün komponentlərdə üstələyə bildik. Amma təəssüf ki, Kamil Aydınovun başçılıq etdiyi hakimlər briqadası 114-cü dəqiqədə penalti təyin etdi və uşaqlar məğlub oldu. Penalti var idi. Amma niyə 90 dəqiqəlik oyun 114 dəqiqə keçirilib və penalti vurulan kimi matç bitib? Sual məhz budu. Şikayət etməli kimsə yoxdu. Əvvəlki kimi bu oyunlara AFFA nümayəndəsi və hakim-inspektor göndərilmir. AFFA müflis olub deyə, indi yuxarıdakı vəzifələri də hakimə tapşırıblar. Bəli, hakim özünə qiymət verir... Bitdi... Düzdü, bütün yaş qrupları üzrə oyunlar kameraya çəkilib və arxivləşdirilib. Təəssüf ki, bu ildən biz də çəkmirik”.
Məsələylə bağlı klub rəsmisinin fikirlərini öyrəndik (Futbol+): “Oyun saat 2-də başladı. Ancaq 5-ə işləsə də, mübarizə davam edirdi. Bizim futbolçuya qarşı qayda pozuntusu olsa da, hakim cərimə zərbəsi təyin etmədi. Amma “Qarabağ”ın lehinə fitini səsləndirdi. Artıq cərimə veriləndə vaxt başa çatmışdı. Cərimədən top qapı qarşısına havalandırıldı və futbolçularımız təhlükəni sovuşdurdu. Maraqlıdı ki, hakim yenə də final fitini səsləndirmədi. Daha sonra cərimə meydançasında qayda pozuntusu qeydə alındı və rəqib penaltidən vurduğu qolla qələbə qazandı. Oyundan sonra hakimdən vaxt bitdiyi halda niyə final fitini səsləndirmədiyini soruşdum. O da öz saatına uyğun oyunu davam etdirdiyini söylədi. Halbuki vaxtı bu qədər uzadacaq qədər fasilə yaranmamışdı. Bəlkə meydana təcili tibbi-yardım maşını çıxmışdı? 22-23 yaşlı hakimdi, onun da işinə qiymət verən nə hakim-inspektor var, nə də AFFA nümayəndəsi. Hakim də öz bildiyini edir. Cəzamdan isə şikayətim yoxdu. Bəli, hakimi təhqir etmişəm və buna görə də cəzalanmışam. Buna etiraz etmirəm”.

Tarix: 11 Dekabr 14:48    Oxunub: 375    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.