Millimizin üzvü 10 dəqiqə oynamaq şansı qazandı - İspaniyada

İspaniya Birinci Divizionunda (Sequnda) 17-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Sevilya Atletiko” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Eddi də bu görüşün iştirakçısı olub. Xeyli müddət idi yaşıl meydanlardan kənar qalan millimizin üzvü bu qarşılaşmanın 80-ci dəqiqəsindən etibarən oynamaq şansı qazanıb.

 

“Ximnastik" geridə qalan turlarda 21 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Tarix: 11 Dekabr 10:24    Oxunub: 158    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.