Rüfət Dadaşov het-trik etdi, komandası 5 qola sevindi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Lukkenvalde” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

 

Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının son üç qolunu da futbolçumuz vurub. Belə ki, o, 21, 64 və 75-ci dəqiqələrdə fərqlənməklə het-trikə imza atıb.

 

Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 19-a çatdırıb. "Dinamo" hazırda 36 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Tarix: 11 Dekabr 00:00    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.