"Keşlə"nin üzü güldü, "Neftçi"nin bəxt... I KUBOK GECƏSİ

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində iki oyun keçirilib.

 

Sportinfo.az xəbər verir ki, günün ilk oyununda “Kəpəz” səfərdə “Keşlə” ilə qarşılaşıb. 

 

Premyer Liqanın turnir cədvəlində son iki pillədə qərarlaşmış hər iki komanda avrokuboklara vəsiqə üçün gözünü ölkə kubokuna dikib. 

 

"İnter Arena"da keçirilən ilk oyunda Bakı və Gəncə təmsilçisindən hansının bu məqsədə daha yaxın olduğu bəlli olacaqdı.

 

Yunis Hüseynovun baş məşqçi postuna keçməsindən sonra da işləri qaydasında getməyən “Kəpəz” Bakı səfərindən məğlub ayrılıb. İlk oyundakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq Gəncə təmsilçisinə elə də asan olmayacaq. “Keşlə” növbəti mərhələyə adlamaq üçün cavab matçında 2:0 hesablı üstünlüyünü qorumaq üçün əlindən gələni edəcək.

 

Günün digər qarşılaşmasında isə bu mərhələnin ən çox maraq doğuran oyunlarından olan “Zirə” - “Neftçi” matçı baş tutub. "Zirə" Premyer Liqada 3-cü pillədə yer alıb və avrokuboklara əsas iddiaçılardandı. "Neftçi" isə ilk üçlükdən bir xeyli geri qalıb.

 

Düzdü, Tərlan Əhmədovun yetirmələri ölkə çempionatının dördüncüsü kimi də avrokuboklara vəsiqə qazana bilər. Ancaq çətin ki, "ağ-qaralar" bu varianta görə ölkə kubokunu riskə atsın. 

 

Bu matç "Neftçi" üçün həm də, revanş üçün əhəmiyyətli idi. Belə ki, "ağ-qaralar" Premyer Liqanın cari mövsümündə "Zirə"yə qarşı keçirdiyi hər iki oyunu məğlubiyyətlə başa vurmuşdu.

 

“Neftçilər” onlar üçün kabusa çevrilən “Zirə”yə uzun müddət müqavimət göstərə biliblər. Amma oyunun sonlarına yaxın David Manqanın vurduğu qol, “ağ-qaralar”a qəsəbə komandası qarşısında daha bir məğlubiyyət yaşadıb. Bu qol cavab matçından öncə “Zirə”yə müəyyən üstünlük qazandırmış oldu. 1/4 final mərhələsinin ilk oyunlarına sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

 

“Keşlə” – “Kəpəz” 2:0
Qol: P.F.Azad, 17. R.Məhərrəmli, 41.
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
Bakı. "İnter Arena”.

“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 56. Ürfan İsmayılov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 81. Elvin Cəfərquliyev, 99. Ricat Qarayev.
Baş məşqçi: Ramiz Məmmədov.
“Kəpəz”: 1. Davud Kərimi, 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 7. Sergey Çernişev, 10. Tural Rzayev, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 21. Novruz Məmmədov, 11. Kamran Abdullazadə, 24. Məhəmməd Qurbanov, 19. Aydın Qasımov, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov.
Baş məşqçi: Yunis Hüseynov.

 

“Zirə” – “Neftçi” 1:0
Qol: D.Manqa, 86.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 13. Aleksandr Şemonayev, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. David Manqa, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 17. Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 88. Milad Bayramov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
“Neftçi”: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 8. Emin Mahmudov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 3. Mateo Mujek, 26. Ömər Buludov, 23. Tərzin Cahangirov, 20. Elnur Süleymanov, 16. Pavel Dreksa, 11. İqnasio Herrera, 9. Uqo Barqas.
Baş məşqçi: Tərlan Əhmədov.

Bu mərhələnin digər iki qarşılaşması sabah baş tutacaq: 11 dekabr (16:00. “Qəbələ” – “Səbail”, 19:00. “Qarabağ” – “Sumqayıt”).

Tarix: 10 Dekabr 18:06    Oxunub: 439    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.