"Neftçi” 7, “Qarabağ” 6, “Şəmkir” və “Xəzər Lənkəran” 1 dəfə

Premyer Liqanın 2017/18 mövsümünün qış çempionu müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, ilk yarının son turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 2017-ci ili zirvədə başa vurub.

 

Ağdam təmsilçisinin “Səbail”lə təxirə salınan oyunu qalsa da, 34 xal toplayan Qurban Qurbanovun yetirmələri qış fasiləsinə hamıdan öndə yollanıb.

 

Bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə 6-cı qış çempionluğudu. Ağdam təmsilçisi liderliyini sonadək qoruya bilmədiyi 2004/05 mövsümündə, həmçinin sonda qızıl medallar qazandığı 2013/14, 2014/15, 2015/16 və 2016/17 mövsümlərində də qış fasiləsinədək olan bölümü 1-ci pillədə başa vurub.

 

Payız-yaz sistemi üzrə keçirilən 24 mövsümdə “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz”lə “Keşlə” hərəyə 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Şüvəlan” və “Xəzər Lənkəran” 1 dəfə fasiləyə lider kimi yollanıb.

Tarix: 10 Dekabr 17:27    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.