“Sumqayıt” üçün tarixi əhəmiyyət kəsb edən

Premyer Liqanın 14-cü turunun “Kəpəz”lə səfər matçında vurulan son qol “Sumqayıt” üçün tarixi əhəmiyyət kəsb edib.

 

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, 3:0 hesablı qələbə qazanan “gənclik şəhəri” təmsilçisi bununla da, Premyer Liqada vurduğu qolların sayını 200-ə çatdırıb.

 

Yubiley qolunun müəllifi Cavid İmamverdiyev olub. Onun 68-ci dəqiqədə vurduğu top klub tarixində 200-cü Premyer Liqa qoludu.

 

Yubiley qolunu 210-cu matçında qeyd edən “Sumqayıt” 7-ci mövsümündə bu rəqəmə çatıb: 2011/12 - 27, 2012/13 - 31, 2013/14 - 27, 2014/15 - 29, 2015/16 - 41, 2016/17 - 28, 2017/18 - 17. Klubun yüksək dəstədəki orta məhsuldarlığı 0,95-ə bərabərdi.

 

“Sumqayıt” Premyer Liqa tarixində 200 və daha çox qol vuran 20-ci komandadı. “Gənclik şəhəri” təmsilçisi bu toplardan 109-nu evdə, 91-ni səfərdə rəqib qapısından keçirib.

 

1-ci qol

2011/12 mövsümü. 06.08.2011. “Xəzər Lənkəran” - “Sumqayıt Şəhər” 2:1
Eşqin Quliyev, 85

100-cü qol

2014/15 mövsümü. 14.12.2014. “Neftçi” - “Sumqayıt” 3:2
Orxan Əliyev, 63

200-cü qol

2017/18 mövsümü. 02.12.2017. “Kəpəz” - “Sumqayıt” 0:3
Cavid İmamverdiyev, 68

Tarix: 10 Dekabr 17:01    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.