Ramiz Məmmədov: "Biz Nostradamus deyilik, həyatın nəbzini tutub gedirik"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Keşlə” doğma meydanda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

 

Sportinfo.az xəbər verir ki, “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov oyundan sonra bunları deyib:

 

"Uşaqlar bu gün bacardıqlarını etdilər. Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadı. Futbolçuları bu baxımdan xəbərdar etmişdik.

 

İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını qorudular.

 

Biz Nostradamus deyilik, həyatın nəbzini tutub, gedirik. Birdən-birə dəyişikliklər etmək çətindi. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdilər. Əvəzedici heyətdən gələnlər hazır olduqlarını bizə göstərirlər.

 

Kim oynayırsa, meydan onundu. İrəliyə baxmaq lazımdı. Komandamız yavaş-yavaş öz oyununu tapmaq üzrədi.

 

Futbolçularda özünəinam hissi qayıdıb. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram”.

Tarix: 10 Dekabr 16:35    Oxunub: 198    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.