Ardıcıl 8 oyun davam edən qələbəsizliyə görə istefaya göndərildi

 "Borussiya" (Dortmund) futbol komandasının baş məşqçi postunda dəyişiklik baş verib.

 

Sportinfo.az xəbər verir ki, ardıcıl 8 oyun davam edən qələbəsizliyin ardından Peter Boş istefaya göndərilib.

 

Hollandiyalı mütəxəssisi "Köln"ün sabiq baş məşqçisi Peter Ştyoger əvəzləyib. Avstriyalı mütəxəssis və köməkçiləri ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub.

 

Peter Ştyogerin ilk iş yeri elə "Köln" olub. 51 yaşlı baş məşqçi Bundesliqada 14 oyunluq qələbəsizlikdən sonra qovulub.

 

Peter Boş isə "Borussiya"ya iyundan rəhbərlik edirdi. 54 yaşlı mütəxəssis əvvəllər Hollandiya "Ayaks"ında çalışıb.

Tarix: 10 Dekabr 15:56    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.