“Qarabağ”la oyunlarda 4 xal itirməyimizin cəzasını çəkdik"

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə “Çelsi” ilə heç-heçə edən (1:1) “Atletiko” növbəti mərhələyə vəsiqə qazana bilmədi. 

 

Sportinfo.az xəbər verir ki, qrup mərhələsini 3-cü pillədə başa vuran “hindular” mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

 

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone oyundan sonrakı açıqlamasında “Qarabağ”la iki oyunda qeydə alınmış heç-heçələrin (1:1, 0:0) cəzasını çəkdiklərini deyib:

 

“Son iki oyunda 4 xal toplayaraq, yaxşı komanda olduğumuzu göstərdik. Lakin “Qarabağ”la oyunlarda 4 xal itirməyimizin cəzasını çəkdik.

 

“Roma” digər komandalardan aşağı səviyyədə deyildi. Daha çox xal topladı və qrupu birinci pillədə başa vurdu. Yüksək rəqabətli qrupda mübarizə apardıq”.

 

Simeone Avroliqada da sona kimi mübarizə aparacaqlarını deyib: “İştirak etdiyimiz hər turnirdə sona kimi mübarizə aparmağa borcluyuq. Bu oyunları da keçirməliyik və sona kimi mübarizə aparmağa çalışmalıyıq”.

Tarix: 10 Dekabr 15:43    Oxunub: 123    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.