Gözünüz aydın, 2017-ci ildə ən çox artım Azərbaycanda olub!

2017-ci ildə "Formula-1" Qran-prisi ziyarətçilərinin sayı orta hesabla 8 faiz artıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə turnirin "F1i" rəsmi saytına yerləşdirilən məlumatda bildirilir.

 

Statistikaya görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-də artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb.

 

60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Azərbaycanda 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb.

 

Ən yaxşı mütləq davamiyyət Böyük Britaniya Qran-prisində qeydə alınıb — 344 500 nəfər. Tamaşaçı sayında ən çox azalma ABŞ-ın Ostin şəhərində keçirilən Qran-pridə qeydə alınıb.

 

Burda tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə 11 889 nəfər az olub. Qran-prinin üç günündə orta davamiyyət 203,570 nəfər təşkil edib, yəni yarışlara bir gündə orta hesabla 76 722 min nəfər gəlib.

Tarix: 10 Dekabr 14:51    Oxunub: 278    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Aprel 2018
19 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.