"Qəbələ"li Nəbiyev “Glory 49”da hollandıyalını döydü - FOTO

Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev də “Glory 49”un iştirakçısı olub.

 

Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız təşkilatın sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb.

 

Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da “Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahının 6-cı pilləsində qərarlaşıb.

 

Rotterdamdakı uğur Alimin “Glory” seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.

Tarix: 10 Dekabr 13:07    Oxunub: 118    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.