"Mlada"dan qovulan Kamran Ağayev meyxanaçılara ziyafət verdi

Kamran Ağayev bir neçə gün öncə “Mlada”dan uzaqlaşdırıldı.

 

31 yaşlı qolkiperin klubla müqavilə müddəti mövsümün sonuna qədər olsa da, o, komandada cəmi 5 ay qala bilib.

 

Rəhbərliyin bu qərarının səbəbi kimi Kamranın məşqçilər korpusunun ümidini doğrultmaması göstərilib.

 

Çexiya çempionatında cəmi 5, ölkə kubokunda isə 2 matçda çərçivəni qoruyan yığmamızın üzvü passivinə 1 qırmızı vərəqə yazdırıb.

 

Kamran Ağayev ötən mövsüm “Boavişta”dan ayrıldıqdan sonra iyul ayında “Mlada” ilə müqavilə imzalamışdı.

 

Yanvarda isə «Keşlə»də peyda olacağı gözlənilir. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov barəsində bir neçə dəfə tərif söyləyib və bu da yerli-yersiz xoş sözdən ötrü sinov gedən Kamranın ürəyinə yol tapıb. 


«Keşlə» gələn ilin ilk ayını böyük səbirsizliklə gözləyir. FİFA-nın 1,5 illik transfer yasağı həmin tarixdən ortadan qalxacaq. Əldən düşmüş, hayı gedib vayı qalmış komandaya keçmək Ağayevin karyerasını geri atacaq.

 

O, son illər nəyin umrundadı ki, bunun da fikrini çəksin? Bəs qədər pul-para qazanıb, varlanıb. Araz aşığından, Kür topuğundadı. 


Sırası ilə «Xəzər Lənkəran», «Bakı», «Qəbələ», «Karşıyaka», «Boavişta» və «Mlada»da böyük sorunlar yaşayan millimizin qapıçısı yenə öz kefindədi. O, bugünlərdə özü üçün məclis qurub.

 

Bakının ən məşhur restoranlarından birində. Gecəyarısınadək davam edən ziyafətə bir qatar meyxanaçı qatılıb. Söz deyib qafiyə tutan Kamran o ki var əylənib, zarafatlarından qalmayıb (Sportinfo.az). 

Tarix: 10 Dekabr 12:15    Oxunub: 418    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.