"Müqaviləm var, ona görə də getmək barədə düşünmürəm"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 4-cü turundan təxirə salınmış görüşdə “Qarabağ”a 0:2 hesabı ilə uduzan “Səbail”in qvineya-bisaulu müdafiəçisi Maudo Jarjue müsahibə verib.  .

 

- Çox ağır oyun oldu. Uğursuz çıxış etdik və uduzduq. Qarşıda “Qəbələ” ilə kubok oyunları var. Bütün diqqətimizi həmin matçlara yönəltməli və ciddi hazırlaşmalıyıq. Çünki növbəti mərhələyə çıxmaq istəyirik.


“Səbail”in hücum xəttində çıxış edən futbolçular xeyli qol imkanını boşa verdi...

- Bəli, “Qarabağ” kimi komandayla oyunda bir çox qol epizodu yaratsaq da, dəyərləndirə bilmədik. Komandadakı çatışmazlıqları bilirik. Hər məşqdə bunun üzərində işləyirik. Hələ də bəzi problemlər qalır. Deməli, daha çox çalışmalıyıq.

 

Səncə, hücumçularınıza qol vurmaq üçün təcrübə, yoxsa səviyyə mane oldu?

- Səviyyə deməzdim. Çünki hamısı yaxşı futbolçulardır. Sadəcə, bəzilərimiz təcrübəsizik. Bunu aradan qaldırmaq üçün üzərimizdə çox işləməliyik.


Səbəb olduğun penalti epizodu haqda nə deyə bilərsən?

- Rəqib futbolçu yaxın məsafədən zərbə endirdi. Özümdən asılı olmayaraq, topu əlimlə tutdum. Hakim də penalti nöqtəsini göstərdi.

 

Artıq çempionatda birinci dövrə başa çatdı. Komandanın çıxışını necə dəyərləndirirsən?

- Bilirsiniz ki, biz birinci diviziondan Premyer Liqaya gəlmişik. “Səbail” yeni yaranmış komandadır. Buna baxmayaraq, çempionatda bir neçə qələbəmiz var. Qarşıda bizi ikinci hissə gözləyir. Daha çox çalışıb, daha yaxşı yerlərə gələ bilərik.

 

Bəzi futbolçuların qış fasiləsində “Səbail”dən gedəcəyi gözlənilir. Özünü gedənlərin, yoxsa komandada qalanların arasında görürsən?

- Mənim klubla yaya qədər müqaviləm var. Ona görə də getmək barədə düşünmürəm. Əsas məqsədim fasilədə yaxşı hazırlıq keçib, komandama kömək etməkdir.

Tarix: 10 Dekabr 12:02    Oxunub: 296    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.