Masallı sakini bayraq rəngində idman maşını düzəltdi

Masallı sakini Oktay Rzayev idman üslubunda qeyri-adi avtomobil düzəldib.

 

Sportinfo.az xəbər verir ki,  rayonun Türkoba kəndində yaşayan O.Rzayev uşaqlıqdan maşın həvəskarı olub.

 

Atası ilə birlikdə çalışdığı təmir sexində avtomobil hissələrinin xüsusiyyətini və iş prinsiplərini öyrənib. Sonradan özü də yeni avtomobil modeli düzəltmək həvəsinə düşüb.

 

O, 18 ay ərzində idman üslubunda hazırladığı qeyri-adi avtomobil modelinin ərsəyə gəlməsində xaricidə istehsal olunan avtomaşınların hissələrindən yararlanıb.

 

Avtomobilin qeyri-adi dizayni var. Maşındakı iki qapı yuxarı-aşağı və horizontal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır.

 

Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litrdi. Bu, Oktay Rzayevin hazırladığı yeganə avtomobil olmayacaq. O, hazırda daha bir avtomobi üzərində işləyir.

Tarix: 10 Dekabr 09:39    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.