Ronaldo şikayətləndi: "Hərdən hər şey istədiyin kimi alınmır"

Kriştiano Ronaldo 5-ci dəfə “Qızıl top” aldıqdan sonra mətbuata verdiyi açıqlamada “Real”ın azarkeşlərindən narazılıq edib.

 

Sportinfo.az xəbər verir ki, Ronaldo “Real” azarkeşlərinin hərdən amneziya olduqlarını (yaddaşın itirilməsi) bildirib. O, azarkeşlərin futbolçuları fitə basmasından narazı olduğunu ifadə edib:

 

“Çox təəssüf ki, “Real” azarkeşlərində hərdən amneziyanın əlamətləri müşahidə olunur. Futbol mövsümdən ibarətdi. Müəyyən vaxtda işlər qaydasında getməyəndə, azarkeşlər komandaya dəstək olmalıdılar.

 

Biz son 4 ildə 3 dəfə Çempionlar Liqasının qalibi olmuşuq. Bu, o qədər də asan deyil. Hərdən hər şey istədiyin kimi alınmır. Mən istəyirəm ki, azarkeşlərimizdə inam hissi daha yüksək olsun”.

Tarix: 10 Dekabr 09:00    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.