2017-ci ilin ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşdi

Ukraynada 2017-ci ilin ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Marlos ölkənin ən yaxşı oyunçusu seçilib.

 

O, səsvermədə Andrey Yarmolenko və Fredi qabaqlayıb. İlin ən yaxşı məşqçisi də “Şaxtyor”lu olub. Donetsk təmsilçisinin portuqaliyalı çalışdırıcısı Paulo Fonseka ən yaxşı mütəxəssis seçilib.

 

Fonseka “Şaxtyor”u 2016-cı ildən çalışdırır. O, bu il Donetsk təmsilçisi ilə Ukraynada hər üç mükafata sahib çıxıb.

 

Bundan əlavə, “Şaxtyor” portuqaliyalının rəhbərliyi altında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

 

İlin ən yaxşıları Ukraynanın peşəkar klublarının məşqçiləri və oyunçuları arasında keçirilmiş sorğuda müəyyənləşib.

Tarix: 10 Dekabr 00:00    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.