Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 6-cı respublika turniri davam edir.

 

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda ilk günün qalibləri müəyyənləşib.

 

39 komandadan 563 cüdoçunun qatıldığı çempionata sabah yekun vurulacaq. Oğlanların yarışında Amin İsayev (30 kq), Həsən Əhmədov (34 kq), Rəhim Mirzəyev (38 kq) və Əli Hacıyev (42 kq) çempionluq sevinci yaşayıblar. 

 

Qızların mübarizəsində isə Züleyxa Nağıyeva (28 kq), Xumar Qasımzadə (32 kq), Fidan Qasımova (36 kq) və Nigar Şahməmmədova (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Yevlax, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.

Qeyd edək ki, 39 komandadan 563 cüdoçunun qatıldığı çempionata sabah yekun vurulacaq.

 

Tarix: 9 Dekabr 19:12    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.