Ançelotti Premyer Liqada?

Cari mövsümün əvvəlində “Bavariya”dan istefaya göndərilən Karlo Ançelotti karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqaısnın qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Bavariya” - PSJ oyunu (3:1) zamanı İspaniyaya məxsus bir nəqliyyat şirkəti Ançelottinin Münhendəki evinin əşyalarını daşıyıb.

 

Bu barədə məlumatı Almaniyanın “Bild” nəşri yayıb. Maraqlıdı ki, şirkətin işçiləri evin əşyalarının İspaniya və ya mütəxəssisin vətəni İtaliyaya yox, İngiltərəyə, London şəhərinə daşındığını bildirib.

 

Bu da, Ançelottinin məşqçi karyerasını İngiltərə klublarından birində davam etdirəcəyi barədə şübhələrə səbəb olub. Ançelotti bir müddət öncə İtaliya millisini çalışdırmaqdan imtina etmişdi.

Tarix: 7 Dekabr 19:00    Oxunub: 261    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.