"Zirə" - "Neftçi": Nə olar, nə olmaz?

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

 

Sportinfo.az xəbər verir ki, 6 gün ərzində mərhələnin ilk və cavab oyunları baş tutacaq.

 

Peşəkar Futbol Liqasının rəsmi saytı 2017-ci ilin son görüşləri olacaq bu matçlarda üz-üzə gələn komandaların ölkə kubokundakı şəxsi qarşılaşmalarının balansını təqdim edir.

 

10-11 dekabr


11. "Qəbələ" - "Səbail" – indiyədək qarşılaşmayıblar

 

12. "Zirə" - "Neftçi" – 2 oyun, +1=0-1, top fərqi 2-4

Ötən mövsüm də yolları kəsişən paytaxt klubları yenidən eyni mərhələdə üz-üzə gələcək. Bir il əvvəl hər iki komanda səfər qarşılaşmasında qalib gəlib. İlk oyunu qonaq qismində keçirən “Neftçi”nin böyükhesablı qələbəsi sonda yarımfinala keçmək üçün həlledici olub.

2016/17

1/4 final

Zirə - Neftçi (Bakı)

0:3, 2:1

 

13. "Keşlə"- "Kəpəz"" – 2 oyun, +1=1-0, top fərqi 2-0

1/4 finalın üç cütündə olduğu kimi bu komandalar da ötən mövsüm eyni mərhələdə qarşılaşıb. Paytaxt təmsilçisi məğlub olmadan və qol buraxmadan mərhələ adlayıb. Bakılılar həlledici qələbəni ev matçında əldə edib.

2016/17

1/4 final

İnter (Bakı) - Kəpəz (Gəncə)

2:0, 0:0

 

14. "Qarabağ" – "Sumqayıt" – 5 oyun, +5=0-0, top fərqi 20-3

Ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında “Qarabağ” qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Ağdam klubu öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.

2011/12

1/8 final

Qarabağ (Ağdam) - Sumqayıt Şəhər

3:0

2015/16

1/4 final

Qarabağ (Ağdam) - Sumqayıt

2:0, 4:1

2016/17

1/4 final

Qarabağ (Ağdam) - Sumqayıt Şəhər

6:0, 5:2

 
Tarix: 7 Dekabr 18:48    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.