"Növbədə kimdi?” statusu

Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə Almaniya “Leyptsiq”ini 2:1 hesabıyla məğlub edən “Beşiktaş” 1/8 finala Türkiyə futbolu tarixində ilk dəfə 14 xal toplayaraq, qrup lideri kimi vəsiqə qazandı.

 

Sportinfo.az xəbər verir ki, matçın ardından “qartallar”ın ingiliscə rəsmi “tvitter” hesabında bu amil xüsusi vurğulanaraq, “Qrupdan lider olaraq və bir türk komandasının qazandığı ən yüksək xalla çıxdıq. Növbədə kimdi?” statusu paylaşılıb.

 

Türkiyə klubunun bu paylaşımına Almaniyanın ÇL-dəki digər təmsilçisi “Bavariya”nın cavabı gecikməyib. Münhen klubu yarımmüdafiəçisi Xames Rodriqesin əl yelləyən videosunu paylaşaraq, “Beşiktaş”a ismarıc göndərib.

 

“Bavariya” qrup mərhələsini ikinci pillədə başa vurduğundan, 1/8 finalda “Beşiktaş”la qarşılaşa bilər.

 

Tarix: 7 Dekabr 18:24    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.