Avtomobili atəşə tutulan futbolçunu mühafizəçi ilə təmin etdilər

 Kiyev “Dinamo”su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib.

 

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb.

 

Dekabrın 5-də 2 nəfər naməlum şəxs Ukrayna yığmasının üzvünün avtomobilini avtomatdan atəşə tutub.

 

Nəqliyyat vasitəsinə 14 güllə dəysə də, həmin vaxt içində heç kim olmadığı üçün xəsarət alan olmayıb.

 

İnsidentin D.Qarmaşın totalizatorlara borcu olduğu üçün baş verdiyi söylənilir. Futbolçu özü isə bu məlumatı təkzib edib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Tarix: 7 Dekabr 18:12    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.