"Kəpəz"dən növbəti istefa

«Kəpəz»də növbəti istefa gerçəkləşib.

 

Sportinfo.az-ın əlumatına görə, Samir Quliyev komandanın rəisi postundan gedib. O, öz istəyi ilə Gəncə təmsilçisindən ayrılıb.


Quliyev 2015-ci ilin payızından «Kəpəz»də fəaliyyət göstərirdi. Bunadək isə «Bakı»da səmərəli işi ilə yadda qalıb.

 

Tək-tük funksionerlərdən biridi ki, adı heç vaxt qalmaqallarda və maxinasiyalarda hallanmayıb. Məsuliyyətli və işkükar kadr kimi özünü tanıdıb.


Onu AFFA-nın Rafiq adlı əməkdaşı əvəz edib. Bu şəxsi «Kəpəz»ə federasiya tərəfindən klubun Müşahidə Şurasına üzv təyin olunan İslam Abbasov gətirib.

 

Tarix: 7 Dekabr 18:00    Oxunub: 482    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.