“Hansı uğuru əldə edəcəyimizi bilmirəm" - "Qarabağ" iştahını artırdı

“Dekabrın 5-i Roma tarixində yaddaqalan gün olacaq. Çox məmnunuq”.

 

Sportinfo.az xəbər verir ki,  bu sözləri “Roma”nın futbol direktoru Ramon Monçi deyib.

 

Çempionlar Liqasının son turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan İtaliya klubu C qrupunu birinci yerdə başa vurub.

 

Matçla bağlı klubun rəsmi saytına danışan Monçi buna layiq olduqlarını söyləyib: “Bu nəticəyə görə, çox sevinirik. Çünki olduqca çətin qrupa düşmüşdük. Bu qrupda 2 rəqibimiz var idi.

 

Həm “Çelsi”, həm də “Atletiko” çox güclü komandalardı. Ancaq getdikcə bacarığımızı göstərməyə başladıq və yekunda qrupu zirvədə bitirməyə layiq olduğumuzu düşünürəm”.

 

“Canavarlar”ın rəsmisi Çempionlar Liqasındakı hədəflərindən də söz açıb: “Hansı uğuru əldə edəcəyimizi bilmirəm.

 

Ancaq hesab edirəm ki, oyunumuzu getdikcə yaxşılaşdırırıq. Heyətimizə inamımız tamdı. Bu komanda ilə mümkün qədər irəliləmək istəyirik. Bunun üçün hamımız birlikdə çalışırıq” (apasport.az).

 

Monçi yeni stadiona köçdükdən sonra daha böyük klub olacaqlarını düşünür: “Öz stadionumuz olacağı üçün çox sevinirik. Bu, klubun inkişafına böyük təkan verəcək. Artıq 8 aydı ki, bu komandada çalışıram.

 

Demək olar ki, hər gün iş başındayam. Hələ də üzərində çalışmalı olduğum məsələlər çoxdu. Hələ də 100 faizli “Roma”lı olduğumu düşünmürəm. Amma gün keçdikcə bu sevgi və ehtiram artır və öyrənirəm”.

Tarix: 7 Dekabr 17:48    Oxunub: 320    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.