“Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı bilindi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib. 

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, gələn ili mayın 9-da start götürəcək yarışda planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar.

 

Beşgünlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.

 

“Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında ölkədə təşkil olunacaq yeganə yarış olmayacaq. Bu veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də birgünlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. B

 

eynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.

 

Şosse velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5 - 9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.

Tarix: 7 Dekabr 17:36    Oxunub: 68    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.