Tənqid olundu - “Beşiktaş”ı yox, “Şaxtyor”u seçdiyinə görə

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku yerli mətbuatın tənqidinə məruz qalıb.

 

Sportinfo.az xəbər verir ki, buna səbəb rumıniyalı mütəxəssisin dünən Çempionlar Liqasının qrup mərhələsinin son turunda Türkiyənin turnirdəki təmsilçisi “Beşiktaş”ın yox, sabiq klubu “Şaxtyor”un oyununu izləməsi olub.

 

Həmişə Super Liqa klublarının legionerlərə daha çox şans verməsindən şikayətlənən Luçeskunun bir çox türkiyəli futbolçunun şans qazandığı “Leyptsiq” - “Beşiktaş” oyununu yox, “Şaxtyor” - “Mançester Siti” qarşılaşmasını izləməsi narazılıqla qarşılanıb.

 

Rumın mütəxəssis Xarkovda keçirilmiş matçı Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko ilə birgə izləyib.

 

“Leyptsiq” - “Beşiktaş” oyununda İstanbul təmsilçisinin heyətində 5-i ilk “11”-likdə olmaqla, cəmi 7 türkiyəli futbolçu şans qazanıb. Oyun “qartallar”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.   

Tarix: 7 Dekabr 17:24    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.