"Snikers Təbriz"in "Sabah"a gedən yolu - BU GÜN BAĞLANDI

Bu gün I Divizionda 13-cü tura start verilib. Turun ilk oyun günündə bir görüş baş tutub. 


"Sabah" evdə "Şüvəlan"ı 2:1 hesabıyla məğlub edib. Bu hesaba sevinənlər olduğu kimi, üzülənlər də var. Biri elə Təbriz Həsənov.

 

Yaxınlarda 19 yaşlılardan ibarət millinin sükanı arxasından qovulan «Snikers Təbriz» ümid edirdi ki, «Sabah» növbəti məğlubiyyətini alacaq, beləcə, Arif Əsədov gedəcək, yerinə özü gələcək.

 

Nə vaxtdı bura «tilov atır». «Vətən»in direktoru işləyən yaxın qohumu Mustafa Həsənovun dəstəyi ilə «Sabah» rəhbərliyinə yerini şirin satan Həsənov indi bir az da gözləməli olacaq.

 

Qurban Qurbanovun gəlişindən sonra AFFA-dakı dostlarının onu yenidən millilərin birinə düzəldə bilməyəcəyini görən «Snikers Təbriz»in başqa yerə gümanı qalmayıb. Axı hamı onu tanıyır. Özü də yaxşı tanıyır.

 

Əlindən və gözündən bir şey gəlmədiyi, əslində, «Sabah»dakılara da bəllidi. Sadəcə, M.Həsənov amili burda böyük rol oynayır. Qohum/tanışlar bir yerdə az hoqqadan çıxmayıblar. «Snikers Təbriz»in «Vətən»dən havayı maaş alması kimə məlum deyil ki?



«Sabah» - «Şüvəlan» 2:1
Qollar:
Elşad Manafov, 2. Eltun Hüseynov, 28 - Şahin Əliyev, 88.
Hakimlər: Ramil Əhmədov, Elşən Acalov, Samir Ələsov, Qorxmaz Eldarov
Binə. Qəsəbə stadionu

 

Turun qalan görüşləri sabah baş tutacaq: (Qaradağ Lökbatan - Mil-Muğan, Binə - Zaqatala, MOİK - Xəzər, Ağsu - Turan Tovuz).

 

Tarix: 7 Dekabr 17:00    Oxunub: 918    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.