"Qarabağ"ın "Roma"ya yaratdığı çətinlik

“Roma”nın kapitanı Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın "Roma"ya çətinlik yaratdığını deyib: "Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik.

 

Amma yekunda istədiyimiz nəticəyə nail olduq. "Roma"nın Avropadakı adı bizim üçün önəmlidir. Xoşbəxtik. Avropa turnirlərində bəzən zərbələr aldıq. Bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdu.

 

Di Françesko hamını təəccübləndirdi. Gələn kimi, komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyun göstərməyə alışdırdı”.

Tarix: 7 Dekabr 16:36    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.